Gəncədə kurslar: Mikrokontrollerlərin proqramlaşdırılması
Arduino əsasında, C/C++ üzərində qurğuların proqramlaşdırılması.
Processing proqramlaşdırma dilinin əsasları.
Nəzəriyyə və Təcrübə. "Sıfırdan" öyrənmək mümkündür.
Kursun təsviri:
Qurğuların proqramlaşdırılma dili Arduino C/C++ əsasında qurulub.
Kurs, Arduino və uyğunlaşan platalar əsasında, mikrokontrollerlərin proqramlaşdırılması barədə təsəvvür yaradır. Kurs həmçinin, Processing dilində kompüter və mikrokontrollerin qarşılıqlı təsirini təşkil etməyə kömək edən, cross-platform əlavələrin işləyib hazırlanması haqqında təsəvvür yaradır.

Processing — Java əsasında qurulmuş, açıq proqramlaşdırma dilidir. Şəkilləri, animasiyaları və interfeysləri proqramlaşdırmağa imkan verən universal və sürətli alətlər komplektidir.
Dərslər fərdi şəkildə, azərbaycan və rus dillərində keçirilir.
Gəncədə müəllimin telefonu və WhatsApp:
+994 50 396 77 89
Təhsil müddəti 3 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.
Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.
