Mikrokontrollerlərin proqramlaşdırma Kursları
Arduino əsasında, C/C++ üzərində qurğuların proqramlaşdırılması.
Processing proqramlaşdırma dilinin əsasları.
Nəzəriyyə və Təcrübə. "Sıfırdan" öyrənmək mümkündür.
Kursun təsviri:
Qurğuların proqramlaşdırılma dili Arduino C/C++ əsasında qurulub.
Kurs, Arduino və uyğunlaşan platalar əsasında, mikrokontrollerlərin proqramlaşdırılması barədə təsəvvür yaradır. Kurs həmçinin, Processing dilində kompüter və mikrokontrollerin qarşılıqlı təsirini təşkil etməyə kömək edən, cross-platform əlavələrin işləyib hazırlanması haqqında təsəvvür yaradır.

Processing — Java əsasında qurulmuş, açıq proqramlaşdırma dilidir. Şəkilləri, animasiyaları və interfeysləri proqramlaşdırmağa imkan verən universal və sürətli alətlər komplektidir.
Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.
Təhsil müddəti 3 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər. Sifariş üzərində dərslər sifarişçinin evində və ofisində təşkil edilə bilər.
Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.