Gid-ekskursiyaçı Kursları
(Bələdçi, Tur bələdçisi, Ekskursiya rəhbəri)
Azərbaycanda turizm inkişaf edir!
Turistlərin sayı hər gün artır!
Ekskursiya rəhbəri turizm sahəsində özünə iş tapa biləcək!
Gid-ekskursiyaçıya lazım olan bilik və bacarıqları bizim gid-ekskursiyaçıya kurslarımızda cəmi 3 ay ərzində öyrənə bilərsiniz.
Təlim sıfırdan başlayır və hər hansı digər səviyyədən də başlaya bilər.
Müəllim ekskursiya işində geniş praktiki təcrübəyə malikdir.

Bizim kurslarımızı bitirib siz DƏRHAL ekskursiya sahəsində işə başlaya bilərsiniz!
Siz harada işləyə bilərsiniz?
Təhsili bitirdikdən sonra siz işləyə biləcəksiniz:
- Turizm şirkətlərində;
- Ekskursiya bürolarında;
- Muzeylərdə və qalereyalarda.
- Siz həmçinin özəl xidmətlər göstərə bilərsiniz - fərdi ekskursiyalar keçirmək və ya xarici nümayəndə heyətlərinə müşayiət etmək.
Yaxşı ekskursiyaçı olmaq üçün hansı bacarıqlar öyrənilməlidi:
- Turistlərin və turist qruplarının xidməti ilə əlaqədar hüquqi aspektlərin başa düşülməsi.
- Maraqlı tur proqramını, multimedia texnologiyalarından istifadə edərək, necə tərtib etmək olar.
- Müxtəlif hədəf auditoriyalar üçün ekskursiyaların keçirilməsi.
- Turistlərlə dialoq aparmaq və münaqişəli vəziyyətləri həll etmək.
- Ekskursiya marşrutlarını hazırlamaq, bir günlük və çox günlük ekskursiyaları keçirmək.
- Qrup və fərdi ekskursiyaların aparılması qaydaları.
- Maraqlı ekskursiya proqramlarını yaratmaq.
- Ekskursiya marşrutu necə hazırlanır.
- Ekskursiyalar üçün tarixi və digər informasiya materiallarını axtarmaq, tapmaq və öyrənmək.
- Turistlərin fəaliyyətini mürəkkəb vəziyyətlərdə koordinasiya etmək.
Yaxşı ekskursiya aparana insanlarla ünsiyyət qabiliyyəti, tarix, mədəniyyət, coğrafiya bilgisi, ekskursiya aparma metodikası, həmçinin sənədlərlə işləmə bacarığı lazımdır.
Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.
Xarici dilləri (xüsusilə ingilis dilini) bilmək ekskursiyaçı işi üçün mühüm üstünlükdür.
Əgər siz xarici turizm şirkətində işləmək istəyirsinizsə və ya xarici turistlərlə işləməyi planlaşdırırsınızsa, biz sizə Gid-ekskursiyaçı kurslarımızda ingilis dilində təlim təqdim edə bilərik.
Təhsilin davamı 3 ay. Dərslər həftədə 2 dəfə saat yarım müddətində keçir. Təhsil sürətlənmiş haldada keçirilə bilər (1-2 ay).
Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.