Yamaq işi Kursları
(patchwork, pəçvork)
Yamaq işi (patchwork, pətçvork) parça qırıntılarından əşyalar tikmək üçün bir texnikadır. Parçalar əvvəlcə müxtəlif həndəsi fiqurlar şəklində kiçik bloklara birləşdirilir. Sonra onlardan yorğanlar, qablar, pərdələr, stul örtükləri, iynə çarpayıları, kilimlər və daha çox şey tikilir.
Pətçvork bu gün ən məşhur tikmə növlərindən biridir. Yamaq işi müasir tikməçilərin çox sevdiyi bir sənətdir. Qırıntılardan hər hansı bir şey tikilə bilər: sadə qazan tutacağından divar şəklinə qədər. Pətçvork gündəlik işlərdən qurtulmağa, evdə rahatlıq yaratmağa kömək edir.
Eyni zamanda siz, bir nüsxədə olan, eksklüziv əşyalar yaradırsınız. Hər bir məhsul orijinaldır, sənətkarın əhval-ruhiyyəsini, xarakterini əks etdirir və müəyyən mənada yaradıcısına bənzəyir...
Kurslarımızı bitirdikdən sonra gözəl məmulatlar hazırlaya bilərsiniz - özünüz üçün və ya onlayn/oflayn satış üçün!
Yamaq işi yaradıcılıq forması olaraq, müalicəvi təsirə malikdir, sakitləşdirir və əhval-ruhiyyəni qaldırır!
Bu gün çoxları üçün bu hobbidir, bəziləri isə bu sənətnən pul qazanır. Axı bu əl işidir, əl işləri isə İnternetdə yaxşı satılır!
Təhsil müddəti 1-6 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.
Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.