fbpx

Altşullerə tərif söz

Bakı qəzetlərində dərc edilmişdir:
  - "Intergeo-Tetis", may, 1992;
  - "Ejednevnıye novosti", 23 yanvar 1998.

Altşullerə tərif söz

Çingiz Hacıyev

O günlərdə ki biz birgə yığışırdıq
yolun kənarında saralan bağlarda,
atalarımızın sözlərindən bildiyimiz gələcək
sadəcə bizə baş çəkirdi.
Bir də kitablardan kifayət qədər öyrənmişdik,
lazım olsa, təbəssümlə ölməyə hazır olmağı -
bizim gələcəyimiz, qarşımızda dayanan,
artıq bizim evimiz idi, hərçənd ki hələ divarsız.
Biz ona payız bağlarından gəlib çatırdıq,
sonsuz qış uzunu, soyuq, çətin zamanda,
haçan ki eyni halda inanırdıq və inanmırdıq -
tarix bizim də adımızı söyləyəcək.

Bojidar Timotiyeviç

   1970 ilin payızında Bakı şəhərində qəribə elanlar asılmışdır. O vaxtlar şəhər elanları olduqca məhzun idi. Yeni elanlar həmişəki məhzun elanlardan elə fərqlənirdi ki, san ki əfsanəvi “Qəribə Möcüzələr Şəhərin” fraqmentləri məkanın lokal istiqamətin dəyişməsi nəticəsində paralel kainatlardan təsadüfən bizim şəhərə düşüblər.
  Elanda Azərbaycan İctimai İxtiraçılıq Yaradıcılığı İnstitutu (AzİİYİ) dinləyici dəvət edirdi. Xəbər verilirdi ki, İnstitutda brainstorming, sinektika, ixtira məsələlərinin həll etmə alqoritmi ARİZ və patentləşdirmə tədris ediləcəkdir. Bu adlar o vaxtı nəin ki uzaq ulduzlar bürclərinin fantastik adları kimi eşidilirdi, axırda həm də iddia edilirdi ki İnstitut “Kainatda ilkdir” və heç yerdə oxşarı olmayıb və yoxdur.
  Mənim ürəyim əsdi və mən müsahibəyə yollandım. Həyacanım o qədər yüksək idi ki, mən o qədər ehtirasla daxil olmaq istəyirdim ki, hər hansı bir ciddi imtahanda mütlək kəsiləcəydim. Xoşbəxtlikdən, müsahibə formal xarakter daşıyırdı – ərizə yazan qəbul olunurdu. Tədris, o vaxtın adi qaydasında, pulsuz idi.
  Birinci dərsə xeyli adam toplaşmışdı – 100, bəlkə də 120 nəfər. Giriş mühazirəni yazıçı-fantast Henrix Sauloviç Altşuller oxuyurdu... Mən başa düşdüm ki, bu həqiqətən inanılmaz vəziyyətlərin üst-üstə düşməsı səbəbindən bizim şəhərə düşən “Qəribə Möcüzələr Şəhərin” bir zərrəsidir.
  İnsanları tələfləndirən pivə deyil, insanları tələfləndirən sudur. Elə birinci mühazirədən sonra mən AzİİYİ-də təsviri incəsənət tarixindən mühazirələr kursunu oxumaq təklifi ilə Henrix Sauloviça müraciət etdim. Baxmayaraq ki mən incəsənət mütəxəssisi yox - sadəcə texniki ali məktəbin tələbəsi idim, Altşuller razılıq verdi. Mühazirələr böyük müvəffəqiyyətlə keçdi və mən AzİİYİ müəllimlərinin sırasına daxil oldum. Bununla “Qəribə Möcüzələr Şəhəri” uzun onillik müddətinə mənin yaşadığım yer oldu.

Henrix Sauloviç Altşuller

Mən onu belə tanıyırdım.

1974-ci ildən sonra
mən onu heç bir dəfə də
görməmişəm.

   O dövrdə AzİİYİ-in ruhlandırıcı canı Henrix Sauloviç Altşuller idi. O zaman onun 45 yaşı var idi.
   Henrix Sauloviç Altşuller - əsil bakılı – 1926 ildə okyabrın 16-da Bakıda anadan olub. Demək olar ki bütün ömrünü Bakıda yaşayıb. 1945-ci ildə Azərbaycan İndustriya İnstitutunu bitirmişdir. Müharibə hələ davam edirdi və o, könüllü olaraq, təyyarəçilik məktəbinə yazilmışdır və onu da bitirmişdir. Müharibə sona çatmaqla əlaqədər, hərbi əməliyyatlarda iştirak etməyə çatmamışdı.
   Birinci ixtira haqqıda “müəlliflik şəhadətnaməsini” (o vaxtlar sovet patentləri belə adlandırılırdı) Henrix Sauloviç hələ orta məktəbdə doqquzuncu sinifdə oxuyarkan almışdı. İkinci müəlliflik şəhadətnaməsini o ixtira haqqında 103 sifarişdən və 103 rədd cavabı alandan sonra əldə edə bilmişdi. Bu da onu şəxsi ixtiraçılıq praktikasında kömək edən üsullar tapmaq ideyasına gətirib çıxartmışdı. İnstitutu yetirəndən sonra, 1946 ildə cavan Henrix Sauloviç Xəzər Hərbi Donanmasının ixtiraçılıq bürosuna işə girir. Burada, ixtiraçılarnan ünsiyyətlərdən sonra və öz ixtiraçı təcrübəsi nəticəsində, onda cəsarətli bir ideya yaranır: "İxtira etməyin üsulunu ixtira etmək!".
   1949 ildə yaradıcılıq prosesi zor gücü ilə və amansızcasına qırılmışdır: Altşuller repressiya qurbanı olub, 25 illik möhlət alıb və 4 il həbs düşərgəsində keçirib. Yalnız diktatorun təbii ölümü onu xilas etdi. Sonralar, hekayələrin birində, Altşuller insan ömrünün uzadılmasında tibb elmin nailiyyətləri bəşəriyyət üçün necə böyük bir təhlükə yaratması haqqında xəbərdar edir - çünki bununla diktatorların hədsiz zorakılıqları üçün sonsuz imkanlar açılır.
   Həbsdən sonra Altşuller sərbəst peşə sahibi, jurnalist, sonralar isə yazıçı-fantast olur. "İxtira etməyin üsulunu ixtira etmək" ideyasına qayıdır. 1956 ildə, R.Şapiro ilə birlikdə, "Voprosı psixoloqii" jurnalında (o vaxtlar SSRİ-də çıxan yeqanə psixoloqiya jurnalında) "İxtiraçılıq psixoloqiyası haqqında" adlandırılmış, proqram məqalə çap edir. "İxtiraçılıq Metodikası" meydana gəlir, onun əsasında, 1960-ci illərdə "İxtira Məsələlərin Həll Etmə Algoritmi" (ARİZ – rus adının tanınmış abbreviaturası) və nəhayət, 1980-ci illərdə "İxtira Məsələlərin Həll Etmə Nəzəriyyəsi" (TRİZ – rus adının tanınmış abbreviaturası) yaradılır.
   1970-71 illərdə H.S.Altşuller ixtiraçılıq təlimi sahəsində dünya tarixində ilk təhsil mərkəzi yaradır - Azərbaycan İctimai İxtiraçılıq Yaradıcılığı İnstitutu (azərbaycan abbreviaturasında AzİİYİ, rus abbreviaturasında "АзОИИТ" adlandırılan).
   Bu institutda hər şey qeyri-adi və möcüzəvi idi. Tənəffüslərdə musiqi səslənirdi, dinləyicilər hava ilə doldurulmuş uşaq topları ilə voleybol oynayırdı. AzİİYİ yaradılmasının elə birinci aylarında buraya Moskvanın Mülki Aviasiya Elmi-Tədqiqat İnstitutu müraciyət etmişdi - özünüzü qeyri adi ixtiraçı adlandırırsınızsa - bizim problemi həll edin. Və Altşullerin rəhbərliyi altında, beynəlxalq qrupun üzvləri Ç.M.Hacıyev A.M.Nagdimunov İ.P.Skaletski və G.A.Ugolkov "Hava vasitəsinin navigasiya sisteminin azimut oriyentasiyası üsulu" ixtirası ilə AzİİYİ-də ilk müəlliflik şəhadətnaməni aldı, baxmayaraq ki həllin iştirakçılardan heç biri nə aviasiya nə də navigasiya üzrə mütəxəssis deildi.
   Unudulmaz idi H.S.Altşullerin dərsləri, onun ixtira məsələlərinin ARİZ əsasında "addım-addım" həlli, elmi fantastika haqqında hekayələri. Hər həftə eyni gündə o öz evində AzİİYİ-in müəllimlərini və ən yaxşı dinləyicilərini toplayırdı. Bəzən bu axşamlar müxtəlif mövzularda parlaq müzakirələr aparılırdı, amma söhbətlərin əsas və daimi mövzusu ixtira metodikası, ARİZ idi. 1971 ildən 1974 ilə qədər demək olar ki bir belə axşamı da qaçırmadım. Bu heyrətləndirici görüşlər idi. Altşuller o vaxt Apşeron küçəsi 12-də yaşayırdı və axşamın sonunda bütün iştirakçılar bulvar boyunca gəzintiyə çıxırdı. Yadımdadır belə gəzintilərdən birində bütün Sovet İttifaqında məşhur olan Bakıdakı əl aslanı Kinq ilə rastlaşdıq.
   Daimi olaraq ixtira məsələləri həll edilirdi: dərslərdə, axşam görüşlərində, evə və yaya verilən tapşırıqları şəklində. Altşuller hər cür məsələləri həll etməyə qəbul edirdi: hər hansı çətinlikdə və mürəkkəblikdə, hər hansı texnika sahəsindən. O öyrədirdi ki, ixtiraçı hər hansı bir texniki məsələnin ən ideal həllini tapmalı idi. Təbii ki praktikada bu həmişə mümkün olmurdu, ancaq belə impuls heyrətləndirici təəssürat yaradırdı. Bir çoxların intellektual cəsarətini qadırırdı, bəziləri isə həqiqətən yaxşı ixtiralar yaratmağa başlayırdı.
   Necə isə özü-özünə AzİİYİ-də biofuturoloq bölməsi yaradıldı və bütün bəşəriyyətin gələcək problemlərini müzakirə etməyə başladı. Altşuller özü fəaliyyətinin fonu kimi, açıq şəkildə, bəşəriyyətin tarixini hesab edirdi və adlandırırdı. Bu mənzərə görülməli idi! Sovet məktəbinin köhnə, çirkli və acınacaqlı sinfində kasıb geyinmiş insanlar, bir-biri ilə ifadələrin zərifliyi və dərinliyi üzrə yarışaraq, bəşəriyyətin gələcək texniki və sosial problemlərini müzakirə edirdi!

   Ola bilsin ki Altşuller özü də belə effekt gözləmirdi və bəlkə də onu intellektual, mənəvi və təşkilati baxımdan “həzm edə” bilmədi. Hər halda, həyatda həmişə olduğu kimi, bir müddət sonra “nişanın o biri üzü” ilə qarşılaşdım. Altşullerin əsas "yetişdirməsi" - ixtira məsələlərinin həll etmə alqoritmi ARİZ - AzİİYİ tələbələrin, məzunların və müəllimlərin səyləri ilə güclü və sürətli inkişaf etməyə başlasa da, Altşullerin özü işlənmələrdən geniş istifadə edərək, nadir istisnalarla, işlənmələrin müəlliflərinə istinad etmirdi. Bu da insanları qəzəbləndirirdi. Daha sonra 80-ci illərdə tələbələrindən biri Zhenya Karasik hətta buna görə onu məhkəməyə vermişdi. Nə etməli, günəşdə də ləkələr var...
   H.S.Altşullerin ARİZ-ine olan bu spesifik mülkiyyət münasibəti mənə və bir çox yoldaşlarıma da toxundu: heç bir vaxt, heç bir nəşrdə və heç bir şəraitdə Altşuller mənim "vepol analizin" yaradıcılarından biri və ilk nəşrdə onun həmmüəllifi olduğumu qeyd etməmişdi. Halbu ki, "vepol analizi" TRİZ-in təməl daşlarından biridir. Heç vaxt qeyd etməyib ki ARİZ-in "həndəsi effektləri" və "boz elementi" - Tofik İmaməliyev tərəfindən icad edilmiş və nəşr olunmuş "struktur analizi" və "xüsusiyyətlər toplusu"-du.
   Bürokratik dövlətdə hər bir canlı iş kimi, AzİİYİ-də mövcud olduğu müddət ərzində müxtəlif intensivlik və absurdluk dərəcələrində bürokratik təzyiqə məruz qalırdı. 1973-cü ildə bürokratlarla mübarizədə Altşuller tərəfindən AzİİYİ-i sövdələşmə çipinə çevirməyə hazır olması ilə qarşılaşdım. Onun üçün ARİZ vacib idi - AzİİYİ-ə o dəyər vermirdi. 1974-cü ilin payızında Altşuller mənə dedi: "AzİİYİ ölməlidir. O tarixi rolunu yerinə yetirdi - ARİZ-i öyrətmək mümkün olduğunu sübut etdi. Azərbaycana kadr hazırlamaq isə mənim işim deyil". Burada həyatımda ilk dəfə olaraq mən öz ibadət etdiyim Henrix Sauloviçə tabe olmadım - AzİİYİ-in bağlanmasına qətiyyətlə etiraz etdim. Azərbaycan İxtiraçılar İttifaqının hazırkı sədri Tofik İmaməliyev AzİİYİ-in qorunmasına mühüm töhfə verib. Bizə qoşuldular yəhudilər, ruslar, azərbaycanlılar və böyük beynəlxalq Bakı şəhərinin digər xalqların nümayəndələri (həmin illərdə Bakı dünyanın ikinci ən güclü yüksək inkişaf etmiş super dövlətin - Sovet İttifaqın intellektual mərkəzlərindən biri idi). Könüllülük əsasında, yaradıcılıq imkanlarına görə misilsiz, kollektiv formalaşdı. Demək olar ki on il biz yan-yana dayandıq və ixtira sahəsində ilk elmi-tədris-istehsalat birliyi - İxtira Metodologiyası Mərkəzini (İMM) yarada bildik. Sonralar, bizim təşkilati inkişaf təcrübəmizin ümumiləşdirilməsi prinsipcə-yeni təşkilatların nəzəriyyəsini işlənib hazırlanmasına imkan verdi. (C.M.Muslim-zadə, T.Ə.İmamäliyev, Ç.M.Hacıyev "Prinsipcə-yeni təşkilatların nəzəriyyəsinə dair" Psixologiya jurnalı, 7-ci cild, № 2, 1986; D.M.Muslim-zade, T.E.Imamaliev and Ch.M.Gajiev "On the Theory of Fundamentally New Organization", Sphinx Press Inc., Connecticut, 1987).

   Altşuller bizi rəqib kimi qəbul etdi və gizli konfrontasiya başlandı. Qarşıdurma on ildən artıq davam etdi! Rəqabət mübarizəsi Sovet İttifaqının bütün ərazisində aparılırdı: Altşuller bütün ölkə üzrə "ariz" məktəblərini açırdı və Kamçatkadan Baltikyanı ölkələrə qədər AzİİYİ və İMM öz filiallarını təşkil edırdı. Ancaq heç də səbəbsiz deyil ki rəqabət təkmilləşdirmə və inkişaf üçün ən güclü stimul sayılır: bu onillik ərzində Bakı bütün ittifaq üzrə ixtiraçılıq təhsilin lideri kimi tanınırdı.
ARİZ emblemihttps://www.az-baku.com/wp-content/uploads/2020/05/siaz-2.png İxtiranın “sirləri” ilə tanış olmaq üçün İttifaqın hər yerindən gəlirdilər. Bəzən işgüzar səfərdə olan şəxs səhər İMM-ə ziyarət edirdi, axşam isə Altşullerə baş çəkirdi ya da əksinə. Güclü təsir altında geri qayıdırdı - orada da burada da ən yüksək, əlçatmaz, dünya səviyyəsində işləyirlər. Sovet İttifaqın dağılana kimi bu səviyyə İttifaqın digər bölgələrində əldə edilməyib. Mövcud məlumatlara görə, o zaman dünyada da buna bənzər heç nə olmamışdı. Səbəbsiz deyil ki, 1982-ci ildə SSRİ-də olan İsveç səfirliyi Bakıya AzİİYİ və İMM-in iş təcrübəsi ilə tanış olmaq üçün öz mütəxəssislərindən ibarət nümayəndə heyəti göndərmişdi. Diplomatlar bizə bildirdilər ki bu yolla bir sıra inkişaf etmiş ölkələrin marağı ifadə olunur.
  SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsinin sədri (nazir) İ.S.Nayaşkov 1982-ci ildə İMM-in fəaliyyətindən belə danışdı ("Komsomolskaya Pravda" qəzeti, 1982, 9 yanvar): "Bu oğlanların bütün etdikləri işlərin qiymətini aşağa salmaq mümkün deil. Bizdə və ya xaricdə buna bənzər heç nə olmamışdır. Bütün bunlar bizim təhsil prosesi haqqında təsəvvürlərimizə heç cürə uyğun gəlmir."
  Henrix Sauloviç özünün və işçilərinin səylərini İxtiraçılıq Məsələlərinin Həll Alqoritmiin daha da irəliləməsinə və optimallaşdırılmasına yönəltdi, onu ixtiraçılıq təcrübəsinə əsaslanan sistematik dərinləşdirilmiş bir nəzəriyyəyə çevirdi. Və o ARİZ, vepol analizi, texniki ziddiyyətlərin aradan qaldırılması metodları və digər tərkib hissələri əsasında İxtira Məsələlərin Həll Etmə Nəzəriyyəsi (TRİZ) qurmaqa bacardı.
  Onunla bu sahədə rəqabət etməyə heç bir şans yox idi. Lakin Altşuller-in tamamilə perspektivsiz hesab etdiyi bir istiqamət var idi. O yaradıcılıq psixologiyasını ixtiraçı üçün faydasız hesab edirdi. Biz isə bu istiqamətdə getdik - və məhz AzİİYİ qurumunda yaradıcılıq psixologiyası ilk dəfə konkret yaradıcılıq fəaliyyətinə, ixtiraçılığa, geniş şəkildə daxil oldu (bizim bu sahədəki qlobal prioritetimiz müvafiq nəşrlərdə rəsmi olaraq qeyd olunub). Əslində psixologiyanın yeni bir sahəsi - yaradıcılığın praktik psixologiyası - quruldu. Dünyada ilk dəfə olaraq, bu təhsil müəssisəsində məqsəd qoyuldu və həyata keçirildi: insanın yaradıcı düşüncəsinin aktiv və sistematik formalaşması və inkişafı müəyyən şəkildə təşkil olunmuş təlim prosesində. Müvəffəqiyyət bütün gözləntiləri aşdı, AzİİYİ tələbələrinin və məzunlarının ixtiraları su kimi tökülməyə başladı - bu da 1970-80-ci illərdə respublika, ümumittifaq və dünya mətbuatı tərəfindən dəfələrlə qeyd olunmuşdur.
  Daha sonra, "qarşıdurma onilliyi" zamanı, AzİİYİ müəllimlərinin və İMM işçilərinin çox millətli yaradıcı heyətinin inanılmaz səyləri (və fədakarlıqları!) bahasına, dünyada ilk dəfə işlənib hazırlanmış və praktiki olaraq tətbiq edilmişdir, insanın yaradıcı potensialının inkişafı və təkmilləşdirilməsinin sistem texnologiyası qurulmuşdur. Adı çəkilən Sistem Texnologiyası insanın yaradıcılıq imkanlarının təzahürünün və həyata keçirilməsinin bütün əsas səviyyələrinə kompleks təsirdən ibarət idi, yəni: düşüncə, şəxsiyyət, qrup (ünsiyyət) və təşkilat səviyyələrinə. Texnologiya, öz növbəsində, psixoloji və sosial-təşkilati proqramların (metodların) kompleksini əhatə edirdi, aşağıdakı səviyyələrin formalaşması və inkişafı üçün:

    • yaradıcı təfəkkür;
    • yaradıcı şəxsiyyət;
    • yaradıcı qruplar (komandalar);
    • prinsipcə yeni təşkilatlar.

   Texnologiya sosial-təşkilati və pedaqoji “yüksək texnologiyalar” kateqoriyasına aid idi və özünəməxsus “nou-hau”-ları ehtiva edirdi.
   Texnologiyanın praktiki tətbiqi sarsıdıcı bir effektə səbəb oldu: 1986-cı il üzrə ixtiraçılıq işlərinin göstəricilərinə əsasən kiçik ictimai İxtira Metodologiyası Mərkəzi Azərbaycan SSR-in demək olar ki bütün nazirlik və idarələrini, on minlərlə mühəndis-texniki və elmi işçiləri ilə, geridə qoymuşdur. Bütün SSRİ-də və onun sərhədlərindən kənarda İMM-in yaradıcı laboratoriyaların apardığı işlərin və əldə etdikləri nailiyyətlərin şöhrəti yayılırdı - ilk növbədə Ramiz Həşimovun və Elçin Xəlilovun laboratoriyaların. İMM və AzİİYİ-in filialları bütün Sovet İttifaqında açılmışdır: Riqada, Kişinyovda, Voroşilovqradda, İjevskdə, Kalininqradda, Rıbinskdə, Tümendə, Petropavlovsk-Kamçatskidə, Norilskdə, Moskva vilayətində və s. “Rəqibimiz” H.S.Altşullerin eyni vaxtda və geniş miqyasda baş verən fəaliyyətini nəzərə alaraq, mübaliğəsiz demək olar: Bakı 1970-80-ci illərdə  ixtiraçılıq yaradıcılığın kütləvi təlimininin ilk binövrəsini qoyan və bu sahədə dünya lideri olan şəhər idi!!

   Texnika tarixçiləri qeyd edirlər ki, böyük, lakin sakit ixtiralar olur; onlar həyata gözədəyməz daxil olur, ancaq yalnız onların sayəsində səs-küylü avtomobillər, teplovozlar, dəmir yolları, kosmik stansiyalar yaranır... Kütləvi öyrənmə üçün mənimsənilmiş bir fürsət kimi yaradıcı təfəkkürün formalaşmasına və inkişafına keçid, insanın yaradıcılıq potensialının inkişafı və təkmilləşdirilməsi üçün sistem texnologiyasının qurulması və praktiki tətbiqi - bu sakit ixtiralardı, lakin böyük nəticələrə aparan, bəşəriyyəti intellektual inkişafında yeni mərhələyə qaldıran! Və bu keçid XX əsrin 70-80-ci illərində bizim şəhərdə, Bakı şəhərində həyata keçirilib. Belə bir keçidin tam əhəmiyyəti yalnız gələcəkdə, bəlkə də uzaq gələcəkdə, həqiqətən dərk ediləcək və qiymətləndiriləcəkdir...
   Sual verə bilərlər: məqalə H.S.Altşullerə həsr olunmuşdur, lakin siz onun haqqında yazmırsınız. Razı deyləm. Burada yazılmış hər şey onun haqqındadır. Çünki əgər Altşuller, təəssüf ki, bizim ARİZ və TRİZ-in inkişafındakı töhfələrimizi gizlətmə taktikasına sadiq qalırdı, biz əks taktikaya əməl edirik. Biz təsdiq edirik ki, Altşuller bizim nailiyyətlərimizə dəfələrlə əlaqədar olub:

  1. Dünyada ixtiraçılıq təlimi sahəsində ilk təhsil müəssisəsi olan Azərbaycan İctimai İxtiraçılıq Yaradıcılığı İnstitutu (AzİİYİ) H.S.Altşuller tərəfindən təsis edilmişdir.
  2. AzİİYİ-in əsas yaradıcı heyəti müəyyən istiqamətlərdə Altşuller tərəfindən tədris olunmuş və motivasiya edilmişdir (məqsədli şəkildə yönləndirilmiş və fəaliyyətə təşviq edilmişdir).
  3. Onun şəxsiyyəti əməkdaşlıq dövründə AzİİYİ-in əsas “yaradıcı nüvəsinə” silinməz təəssürat yaratmışdır. Təəssürat qarşıdurma dövründədə öz təsirini saxlayırdı. Mən Altşullərin AzİİYİ və İMM fəaliyyətinə verdiyi bu unikal "şəxsi töhfənin" əhəmiyyətini azaltmazdım.
  4. ARIZ və AzİİYİ "əksliklərin" birliyində və mübarizəsində - AzİİYİ-in bütün nailiyyətləri mümkün oldu.
  5. Altşullerin gücü öz-özünə nailiyyətlərimizin mühüm səbəbi idi. Güclü əleyhdar onunla mübarizədə bizi bütün qüvvələrimizi səfərbər etməyə məcbur edirdi. Altşuller yalnız dünya səviyyəsində işləyirdi - ona qarşı durmaq yalnız dünya səviyyəsində işləməklə mümkün idi.
  6. Rəqabət aparan məktəblər yalnız qarşı durmurdular - eyni zamanda onlar intensiv formada ideyalar mübadiləsi həyata keçirirdilər, hərçənd ki tez-tez etik cəhətdən qəbulolunmaz formada, istinad olmadan.
  7. Unutmaq olmaz ki, biz nə etdiyimizinecə etdiyimizi adekvat başa düşmək, böyük ölçüdə, Altşullerin nə etdiyinecə etdiyi ilə müqayisə əsasında mümkün idi.

   Mən tamamilə əminəm ki Henrix Altşullerin əsas nailiyyətləri ARİZ və TRİZ deyil. Henrix Altşullerin əsas nailiyyəti - bəşəriyyətin zehni inkişaf səviyyəsinin yeni dərəcəyə qalxmasında onun çoxdəfəli iştirakıdır.Да будет!..

   Zaman gələcək və Henrix Sauloviç Altşullerə bizim şəhərdə xatirə lövhəsi, bəlkə də şərəf abidəsi həsr olunacaq. O vaxtın ehtiramına ki, bir dəstə yəhudi və azəbaycanlı, azəbaycanlı və yəhudi, əməkdaşlıqda ya da rəqabətdə (gələcək nəsillər bunu qarışıq salacaqlar), bəşəriyyətin zehni inkişafını yeni uca səviyyəyə yüksəltmişdir.

Да будет!..
Scroll to top