Targetinq reklamı
Targetoloq, targetinq üzrə mütəxəssis Kursları
Targetoloq hədəf marketinq üzrə mütəxəssisdir. Targetoloqun vəzifəsi şirkətin məhsulu və ya xidməti üçün hədəf auditoriyasını müəyyən etmək və onu cəlb etməkdir. O, bazarı təhlil edir, araşdırma aparır, effektiv reklam üçün potensial müştərilərin ehtiyac və üstünlüklərini müəyyən edir. Targetoloq düzgün auditoriyanı cəlb etmək üçün ən uyğun kanalları və vasitələri seçir və marketinq strategiyasını optimallaşdırmaq üçün reklam kampaniyalarının nəticələrini təhlil edir. Targetoloq reklam və marketinqdə mühüm rol oynayır, yüksək əmək haqqı olan mütəxəssisdir.
Targetoloq - ən çox tələb olunan və yüksək əmək haqqı alan müasir mütəxəssislərdən biridir!
Müəllim - targetinq reklamında geniş təcrübəsi olan mütəxəssisdir.
Təlimin yüksək keyfiyyətinə zəmanət veririk!
Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan, rus və türk dillərində keçirilir.
Təhsil müddəti 2 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.
Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.