fbpx

Konditer, bişirilmə yeməkləri (2 ay)

Konditer kursları, bişirilmə yeməklərin hazırlanması

Kurslar müxtəlif növ desertlər, tortlar, şirin və şirin olmayan bişirmələr və digər konditer məhsullarının hazırlanması bacarıqlarını mənimsəmək istəyən yeni başlayan konditerlər üçün nəzərdə tutulmuşdur.

Təlim həm nəzəri, həm də praktiki məşğələləri, həmçinin şirniyyat və bişirilmə yeməklərin hazırlanması sənətinin əsaslarını, sanitariya normalarını və qaydalarını, bişirmə avadanlıqları ilə işləməyi əhatə edir.

Konditer kursları, bişirilmə yeməklərin hazırlanması

Təlim fərdi praktiki məşğələlər formatında şirniyyat və desertlərin hazırlanması üzrə keçirilir. Dinləyicilər müəllimin təqdim etdiyi addım-addım təlimatlara əsasən, müəllimə sual verə-verə, reseptlər və praktiki tapşırıqlar alaraq, lazımi yeməkləri özləri hazırlayır.

Təlim prosesində xüsusi diqqət hazırlanma texnikasına, məhsulların tərtibatına və müxtəlif növ xəmirlər və kremlərlə işləməyə ayrılır.

Kursu bitirib tələbələr müxtəlif növ şirniyyat və desertləri əminliklə hazırlayır, həmçinin öz konditer menyularını hazırlaya bilir.

Müəllimə - təcrübəli aşpaz, soyuq yemək ustası (xolodnitsa) və şirniyyatçı (konditer).

Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.

Təhsil müddəti 2 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.

Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.

Scroll to top