fbpx

Aşpazlıq, Kulinariya (2 ay)

Aşpazlıq kursları

Kurslar müxtəlif yeməklər hazırlamaq bacarıqlarını öyrənmək istəyən yeni başlayan aşpazlar üçün nəzərdə tutulub: ilk və ikinci yeməklərdən tutmuş qarnirlərə, souslara və qəlyanaltılara qədər. Proqram həm isti, həm də soyuq mətbəxi əhatə edir.

Təhsil nəzəri və praktiki dərslər, həmçinin aşpaz peşəsinin əsasları, sanitariya normaları və qaydaları, habelə mətbəx avadanlığı ilə işləmə daxil olmaqla həyata keçirilir.

Aşpazlıq kursları

Yemək və qəlyanaltılar hazırlanması praktik formada öyrədilir:

  • azərbaycan mətbəxi,
  • türk mətbəxi,
  • avropa mətbəxi,
  • həmçinin, istəyi ilə: hind və yapon mətbəxi

Təlim fərdi praktiki məşğələlər formatında keçirilir. Dinləyicilər müəllimin təqdim etdiyi addım-addım təlimatlara əsasən, müəllimə sual verə-verə, reseptlər və praktiki tapşırıqlar alaraq, lazımi yeməkləri özləri hazırlayır.

Kursu bitirən tələbələr müxtəlif yeməkləri etibarlı şəkildə hazırlaya biləcək, tam menyu formalaşdırmaqı sərbəst bacaracaq və peşəkar bacarıqlarını praktikada istifadə edə biləcəklər.

Müəllimə - təcrübəli aşpaz, soyuq yemək ustası (xolodnitsa) və şirniyyatçı (konditer).

Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.

Təhsil müddəti 2 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.

Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.

Scroll to top