fbpx

Akvaqrim (1 ay)

Akvaqrim Kursları

    Akvaqrim - üz üzərində təhlükəsiz kosmetik boyalar ilə çekilən rəsmdir. Akvaqrim karnaval, korporativ bayram axşamı, uşaq səhərcikləri və digər bayram tədbirlərdə istifadə olunur. Bayramdan sonra akvaqrim boyası asanlıqla üzdən yuyulur.

Akvaqrim Kursları

Akvaqrim boyaları ilə üz boyamasını xüsusi mütəxəssis yerinə yetirir — Akvaqrimçi.
Akvaqrimçi peşəsi özündə vizajist, rəssam və xüsusi Akvaqrim boyalar üzrə mütəxəssis sənətlərini birləşdirir.
Akvaqrimçi peşəsinin tələbi Bakıda artmaqdadır. Maraqlı, şən, gözəl və qeyri-adi təşkil olunmuş bayram yerində Akvaqrimçi tələb olunur.
Biz sizə Bakıda Akvaqrim kurslarını təqdim edirik. 16 akademik saat ərzində siz Akvaqrimin istifadəsi və tətbiqi qaydaları ilə taniş olacaqsınız, üz üzərində işləmək üçün müxtəlif rəsm üsullarını və növlərini oyrənəcəqsiniz, müxtəlif yaradıcı makyaj növlərindən məlumat alacaqsınız.
Akvaqrim kursları birinci növbədə vizajistlərə, rəssamlara, dizaynerlərə və kütləvi tədbirlərin təşkilatçılarına tövsiyə olunur. Ancaq Akvaqrimçi sənətini hər kəs tədqiq edə bilər. Bu yeni, gözəl peşəsinə yiyələnmək tələsin!

Əməli təlim, praktik məşqlər.

Proqramda:

  • Giriş. Akvaqrimin meydana gəlmə tarixi
    • Üsullar və alətlər, gigiyena
    • Üzün boyama üçün hazırlanması
  • Akvaqrim ilə işləmənin əsas üsulları
    • Xətlər, formalar və onların tətbiqi
    • Tonu çəkilmiş şəkil
    • Tonsuz şəkil
    • Trafaret texnikası
  • Tematik (bədii surətli) makiyaj növləri:
    • «Kəpənəklər»
    • «Heyvanlar»
    • «Çiçəklər»
    • «Uşaq makiyajı»
    • Xüsusi effektlər.

Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.

Təhsil müddəti 1 ay.

Bakıda əlaqə telefonlar:
: (müəllimə rus dilində)

Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.

Scroll to top