fbpx

Sosial-psixoloji xidmətin əsasları (12 ay)

Kurslar: Sosial-psixoloji xidmətin əsasları

(Təhsildə sosial-psixoloji xidmət)

“Sosial-Psixoloji Xidmətin Əsasları (Təhsildə Sosial-Psixoloji Xidmət)” kursu üzrə Diplomumuzu almaqla siz geniş peşəkar imkanlar açacaqsınız. Sosial-psixoloq və məsləhətçi kimi sizə aşağıdakı sahələrdə yüksək tələbat var:

  • Təhsil sahəsində (məktəblər, uşaq bağçaları, universitetlər və digər təhsil müəssisələri).
  • Bir çox dövlət və özəl, əhaliyə dəstək göstərən, sosial xidmətlərdə və mərkəzlərdə.
  • Həm dövlət, həm də özəl sektorda sosial və psixoloji yardım və dəstək üzrə ixtisaslaşdırılmış proqramların hazırlanmasında.
  • Dövlət və özəl təşkilatlarda sosial-psixoloji müşayiət üzrə mütəxəssisə ehtiyac olan yerlərdə.
Kurslar: Sosial-psixoloji xidmətin əsasları
(Təhsildə sosial-psixoloji xidmət)

Bu ixtisas sizə bütün əhali qrupların sosial-psixoloji və psixoloji dəstəyi üçün lazımi bilik və bacarıqlar təqdim edir və beləliklə sizə müxtəlif karyera yollarına və imkanlarına yol açır. Bu, həm indi, həm də gələcək onilliklər üçün perspektivli ixtisasdır və indiki və gələcək nəsillərin həyatına mühüm töhfələr verməyə imkan verir.

Bu kursa aid teorik və praktik dersləri təcrübəli mütəxəssis, psixolog-məsləhətçi və təlimçi (qadın) tərəfindən aparılır.

Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.

Dərslər əyani və ya onlayn şəkildə keçirilir.

Təhsil müddəti 12 aydır, həftədə 2 dəfə saat yarım vaxt həcminində. Sürətləndirilmiş təlim mümkündür, təhsil müddəti 2-3 aydır (bununla yanaşı, tam 12 aylıq proqramını bütövlüklə keçirik, dərslərin sayı eynidir, ancaq dərslər daha tez-tez keçir).

Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.

Scroll to top