Motion-dizayn, Mouşn-dizayn, Motion Design Kursları
Bu sənətin adları:
- Motion-dizayner
- Mouşn-dizayner
- Motion Designer
Mouşn-dizayn nədir:
Motion ingilis dilində "hərəkət" deməkdir. Mouşn dizayn - statik şəkilləri və mətnləri canlandıran dizayn sahəsidir. Mouşn-dizayn mesaja diqqət çəkir və emosiya oyadır.
Mouşn-dizayner kimdir və o nə edir:
Mouşn-dizaynerlər (motion designers) video redaktorlarda qrafikanı animasiya edərək yaradıcı videolar hazırlayırlar. Onlar illüstrasiyanı, animasiyanı, rejissorluğu və montajı birləşdirirlər.
Bu peşənin böyük perspektivləri var!
Mouşn dizaynın tətbiq sahələri daim genişlənir. Hazırda onlar belədir:
- Televiziya: mouşn-dizaynerlər proqramlar və kanallar üçün başlıq şəkillər, promo, titrlər və altyazılar yaradır.
- Reklam: mouşn-dizaynerlər internet və TV üçün animasiya reklam videoları hazırlayır.
- Kino: mouşn-dizaynerlər film və seriallar üçün altyazılarla, başlıq şəkillərlə və xüsusi effektlərlə məşğuldur.
- Oyunlar: mouşn-dizaynerlər oyunlar üçün tanıtım və süjet videoları yaradır.
- Biznes: mouşn-dizaynerlər infografika, təqdimatlar hazırlayır və məlumatları vizuallaşdırır.
- Təhsil: mouşn-dizaynerlər mürəkkəb mövzuları dinamik videolarla izah edirlər.
- İnterfeyslər: mouşn-dizaynerlər diqqəti vebsaytlara və tətbiqlərə yönəldirlər.
- İncəsənət: mouşn-dizaynerlər şoular və sərgilər üçün animasiyalar və 3D xəritələmə yaradır.
Mouşn-dizaynerlər müxtəlif formatlarda işləyə bilərlər:
- Frilans: Dizaynerlər müstəqil şəkildə layihələri axtarır və seçirlər, bu layihələr çox vaxt əlavə mütəxəssislərin cəlb edilməsini tələb etməyən, kiçik sifarişlərdir. Yaxşı təcrübə və portfolio ilə agentliklərdən sifarişlər almaq mümkündür. İşin mənfi tərəfi odur ki, yeni başlayan frilanserlər müştərilərin axtarışına çox vaxt sərf etməyin, istirahət etmədən işləməyin və az gəlir əldə etməyin məcburundadılar.
- Studiyalar və ya agentliklər: Müxtəlif sahələrdən sabit sifariş axını, tez-tez komanda işini tələb edən mürəkkəb tapşırıqlar. Mənfi cəhət - daha az azadlıq və yaradıcılıq, sərt qaydalar və cədvəl.
- Şirkətlər: Brendlər üçün dizaynerləri heyətdə saxlamaq, frilanserlərə müraciət etməkdən daha sərfəlidir. Mənfi tərəfi: daha çox bürokratiya və daha az azadlıqdır. Müsbət cəhətləri: sabit iş və əmək haqqı, karyera inkişafı və portfolionun yaradılması imkanı.
Mouşn-dizaynerlərin əmək haqqı bir çox amillərdən asılı olaraq dəyişir:
- Junior dizayner (başlayan mouşn-dizayner): ayda 60 min rubldan (təxminən 1000 manatdan) başlayır.
- Middle-dizayner (peşəkar mouşn-dizayner): ştatdakı maaş ayda təxminən 120 min rubl (təxminən 2000 manat) təşkil edir.
- Senior-dizayner (irəliləmiş peşəkar mouşn-dizayner) və ya art direktor: Yandex ya Ozon kimi böyük şirkətlərdə ayda təxminən 225 min rubl (təxminən 4000 manat) qazana bilər.
- Təcrübəli mouşn-dizayner, frilanser olaraq, mürəkkəb sifarişlər seçməklə və ya, tariflərin daha yüksək olduğu, xarici şirkətlərlə işləməklə gəlirlərini tənzimləyə bilər. Dizaynerlər də tez-tez ştat işi sərbəst iş ilə birləşdirir. Başqa bir seçim - öz müstəgil dizayn studiyanızı açmaqdır.
Dərslər fərdi şəkildə, şəhərin mərkəzində, azərbaycan və rus dillərində keçirilir.
Təhsil müddəti 3 aydır. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.
Beynəlxalq İnstitutun DİPLOMU və SERTİFİKATI verilir, azərbaycan, ingilis, rus və türk dillərində.