fbpx

Stul üzərində masaj / ofis masajı (4 ay)

Stul masajı / ofis masajı
(xüsusi stul üzərində masaj)

Müasir masaj növü! Bu masajı bacarana rəqabət yoxdur! Bütün ofis işçiləri sizin müştəri olacaq!

Stul masajı (offis masajı) nədir?

Stul masajı (Offis masajı) kiçik sökülən xüsusi masaj stulu üzərində keçirilir (xüsusi masaj stulu ayrıca alınmalıdır). Bu zamanda müştəri soyunmur, paltarı üstündə qalır. Offis masajı müştərinin iş yerində, birbaşa ofisində həyata keçirilə bilər!

Məsələn, iş fasilə zamanı, masajist ofisə gəlir və özü ilə, sökülmüş halda (kiçik çamadan ölçüsündə), xüsusi masaj stulunu gətirir. Masajist xüsusi stulu qurur, müştəri paltar soyunmamış stulun üstünə oturur və masajist 15 dəqiqə davam edən, masaj seansını başlayır. Masaj seansını başa çatdırandan sonra, masajist yenidən stulu sökür və qedir.

Stul üzərində masaj / ofis masajı

Ofis masajı keyfiyyət baxımından əladır və klassik masajnan heç bir fərqi yoxdur. Eyni zamanda, müştəri iş fasiləsi vaxtında tam keyfiyyətli masaj ala bilir!

Bu müasir masaj növü dünyanın bütün ofislərində yayılır. İndi o Azərbaycana da çatır! Siz Azərbaycanda bu masajı edən birincilərin sırasına qoşula bilərsiniz! Rəqabət olmadan işləmək və müştərilərin olduqça çox olmaq imkanını seçin!

Dərsləri böyük təcrübəsi olan professional həkim-masajist (kişi, yaxud qadın) keçirir.

Diqqət! Xüsusi masaj stulu ayrıca satılır. Onun nümunələrinə İnternetdə baxa bilərsiz.

Əməli təlim, praktik məşğələlər.

Dərslər fərdi şəkildə keçirilir.

Dərslər şəhərin mərkəzində keçir. Təhsil azərbaycan və rus dillərində keçirilir.

Təlim hamı üçün 4 ay keçir və yaxud 1 ay professional masajistlər üçün. Dərslər həftədə 2 dəfə, saat-yarım ərzində keçirilir. Tezləşdirilmiş təlim də keçirilir (1,5-2 aya 4 ayın proqramı keçirilir, dərslər hər gün təşkil olunur).

Beynəlxalq İnstitutun DİPLOMU azərbaycan, rus, ingilis, türk və hər hansı başqa dildə verilir.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on telegram
Telegram  
Share on twitter
Twitter      
Share on email
E-mail      
Scroll to top
telephone-support

Kurslar axtarırsan? Bizə zəng et!