fbpx

Foto-rəssam, foto sənətin əsasları, universal fotoqrafiya kursu (2 ay)

Foto-rəssam, foto sənətin əsasları
(universal fotoqrafiya kursu)

    Sərbəst və tanınmış fotorəssam olmaq və son dərəcədə yüksək qonorarlar əldə etmək xəyal edirsiz? Məhz sizin üçün biz unikal proqram təklif edirik - fotoqrafiya kursu. Kurs fotoqrafiya sahəsində mütəxəssis hazırlaması üçün nəzərə tutulub, tələbələri fotoqrafiya texnologiyası və proseslərin əsas prinsipləri ilə tanış edir. Kurs foto şəkil çəkilişin və çekilmiş şəklin düzəldilməsinin müxtəlif sahələri üzrə bölmələr əhatə edir (Foto+Turizm, Fotorəssam, Foto+Memarlıq, Foto reklam, Fotojurnalistika, Texniki fotoqrafiya və s.).
    Təlim prosesində tələbə özünün şəxsi foto-işlərin portfoliosunu yaradır və bu onun işə düzəlməsi üçün vizit kartı olur.

Proqram:

  • Fotoqrafiya tarixinə qısa bir ekskursiya;
  • Fotoqrafiya reallığı təsbit etmə üsulu kimi;
  • Şərtliyin ölçüsü - fotoqrafiya sənət kimi;
  • Fotoqrafiyanın janrları;
  • Tətbiqi fotoqrafiya;
  • Tətbiqi fotoqrafiya effektlərinin bədii məqsədlər üçün istifadə edilməsi;
  • Optika;
  • Fotoqrafiyada işıq;
  • Rəngli foto;
  • Fotokadrların kompozisiyası;
  • İnteryerin işıqlandırilması;
  • Plenerin işıqlandırilması;
  • İnteryerin işıqlandırilması;
  • Portretin işıqlandırilması;
  • Müasir foto daşıyıcıları, müasir foto avadanlıqları;
  • Fotoşəkilə kompüter müdaxiləsi (kompüter qrafikası);
  • Fotoşəkil çapının müasir üsulları.

Dərslər müddətində nəzəriyyə daim təcrübə ilə, bədii fotoqrafiya üzrə ev tapşırığları ilə və çəkilən fotoşəkillərin diqqətlə təhlili ilə müşayiət olunur.

Dərs deyən - geniş iş və tədris təcrübəsi olan, tanınmış bir foto sənətçi-mütəxəssisdir. Moskvanın VGİK diplomu var.

Dərslər fərdi şəkildə keçirilir.

Dərslər şəhərin mərkəzində keçir. Təhsil azərbaycan və rus dillərində aparılır.

Təlim müddəti 2 aydır.

Beynəlxalq İnstitutun DİPLOMU azərbaycan, rus, ingilis, türk və hər hansı başqa dildə verilir.

Scroll to top
telephone-support

Kurslar axtarırsan? Bizə zəng et!